08/07/2020

ən son xəbəri bizdən alın!

Yevlaxda video qəbullar ənənəyə çevrilib

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Ölkəmizdə mövcud olan karantin şəraitində Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən video konfrans vasitəsi ilə keçirilən qəbullar davam edir. 

İstixeber.com xəbər verir ki, aprelin 21-də keçirilən keçirilən növbəti video qəbul zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayon sakinlərinin işlə təmin olunma, ünvanlı sosial yardım təyin edilməsi, müalicə olunmaqla bağlı maddi yardım göstərilməsi, kənd yolların təmiri və s. ilə bağlı müraciətlərini dinlədi, icra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstəriş verdi, digər məsələlər isə aidiyyatı orqanalara çatdırılması üçün qeydiyyata götürüldü.

Video görüşdə Prezident İlham Əliyevin karantin dövründə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş sərəncam və tapşırıqları, mövcud vəziyyətdə əhalinin qarşısında duran vəzifələr barədə məlumat verildi.

Sakinlər ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımlarını və onun səylərini dəstəklədiklərini bildirdilər.

İstixeber.com

escort mersin | mersin escortları