05/08/2020

İnformasiya Portalı

“Azəriqaz” vətəndaşa 4437 manat borc yazdı? – İDDİA – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax rayon sakini Qafarova Solmaz Qərib qızı İstixeber.com-a müraciət edərək, bildirib ki, “Azəriqaz” Tərtər RQİİ Yevlax rayon şöbəsi  onların qaz sayğacına qeyri-qanuni, 4437 AZN borc yazıb.

Vətəndaş iddia edir ki, “Azəriqaz” Tərtər RQİİ Yevlax rayon şöbəsinin əməkdaşları mənim ünvanıma gələrək qaz sayğacını açıb aparıblar. Mənim “Azəriqaz”-a 250 manat borcum var. Onuda qismən ödəyəcəyimi dəfələrlə bildirmişəm. Ancaq buna məhəl qoymayan “Azəriqaz”ın Yevlax rayon şöbəsinin əməkdaşları mənim ünvanıma qanunsuz olaraq 4437 AZN  borc yazıb, bildirişini mənə gətiriblər. Məndə həmin bildirişlə razılaşmadığım üçün imza atmadım. Bu qədər borcun yaranma səbəbini soruşduqda mənə bildirirlər ki, il ərzində qaz sərfiyyatınız bu qədər olub. Əgər mən bu qədər qaz istifadə etmişdimsə niyə vaxtında müdaxilə edib, borcu tələb etmədiniz? Sualıma isə cavab verən yoxdur. Xahiş edirəm sizdən mənim müraciətimi aidiyyatı qurumlara çatdırın.

Məsələ ilə bağlı Azəriqaz” Tərtər RQİİ Yevlax rayon şöbəsi ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, abonentə sayğac quraşdırılan gündən sayğacın oxuma mexanizmində texniki səhv olub. Həmin 4437 AZN borc abonentin sayğacından keçən qaz sərfiyyatıdır. Abonenet istədiyi vaxt bizə müraciət edib, sayğacda aparılan laboratoriya işləri ilə tanış ola bilər.

İstixeber.com

escort mersin | mersin escortları