“Bandotdel” əməliyyat keçirdi, saxlanılan var

Kriminal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Abşeron sakinində silah-sursat aşkarlanıb.

Bu barədə  İstixeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bildirib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.com