05/07/2020

ən son xəbəri bizdən alın!

Tovuz sakinlərindən narkotik maddə aşkarlanıb – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Oğurluq edənlər bu dəfə narkotik maddə ilə saxlanıldılar

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.com-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılaraq RPŞ-nə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 0.283 qram çəkidə narkotik vasitə olan “metamfetamin” aşkar olunaraq götürülüb. E. Ələkbərov ifadəsində narkotik vasitəni tanışı Musa adlı şəxsdən aldığını bildirib. Aparılan araşdırmalarla həmin şəxsin Musa Nağıyev olması müəyyən edilərək saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin ötən ilin iyul ayından bu günə qədər Tovuz və Şəmkir rayonlarında ümumilikdə 6 oğurluq hadisəsi törətmələri də məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir. İstixeber.com

escort mersin | mersin escortları