“Bunu heç zaman unutmayaq” – Əmrah Fəqanoğlu yazır…

Köşə yazısı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Diqqətlə oxuyun, zəhmət olmasa!

Bu ibrətamiz hekayəni çox xoşlayıram. Bir gün xəbər gəlir ki, meşədə yanğın var, dəhşətli alov qarşısına çıxan nə varsa, hamısını amansız və haqsızlıqla külə döndərir. Bütün canlılar təşvişə düşür, təbii ki. Qarışqa fikirli -fikirli başını qaldırıb yuxarı boylananda tüstülü səmada dimdiyində yanğına su aparan göyərçini görüb, onu haraylayır. “Sənin bir qurtum suyun o yanğına neyləyəcək, ay zavallı? ” -deyə ikrahla soruşur. Bir qədər keçəndən sonra yenidən su üçün geri qayıdan göyərçin qarışqanın sualını cavablandırır: “Mənim apardığım su yanğına münasibətimin göstəricisidir, onu söndürməsə də, bununla yanğının əleyhinə olduğumu diqqətə çatdırıram.”
Həyatda biz insanlar da beləyik. Hər hansı məsələyə öz münasibətimizi, mövqeyimizi ən azından hansısa davranışla, hansısa jestlə nümayiş etdiririk. Bəzən canıyananlığımız, bəzən də biganəliyimizlə əhatəmizdəki insanlara konkret, yaxud dolayısı ilə mesaj ötürürük. Ən əsası isə, yaxşılıq, pislik, nankorluq, xeyirxahlıq itmir, eynən enerji kimi bir şəkildən digər şəklə keçir.

Bunu heç zaman unutmayaq!

Əmrah Fəqanoğlu

İstixeber.com