Yevlax rayon Mərkəzi Xəstəxanası karantinə alınıb? – RƏSMİ AÇIQLAMA

Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Sosial şəbəkələrdə Yevlax rayon Mərkəzi Xəstəxanasının karatinə alınması barəsində yayılan məlumatlar əsassızdır.

Bu barədə İstixeber.com-un sorğusuna Yevlax rayon Mərkəzi xəstəxanasından bildirilib.

Məlumata əsasən, aprel ayının 29 gecə saatlarında koronavirus epidemiyasının qarşısını almaq məqsədi ilə xəstəxanada dezinfeksiya işləri aparılıb. Bununla bağlı xəstəxana iki saatlıq fəaliyyətini dayandırıb. Hal-hazırda xəstəxana gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bəzi KİV-də Yevlax rayon Mərkəzi Xəstəxanasının karantinə alınması barəsində məlumatlar yayılmışdı.

İstixeber.com Yevlax