Yevlaxda rəhbər vəzifəli şəxslərin iştirakı ilə video konfrans keçirilib

Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax Şəhər İcra Hakimyyətində Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, rayonun Polis Şöbəsi,​ GEM və Mənzil Kommunal Təsərrüfatı Birliyi rəhbərlərinin iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq təlimatlarının vətəndaşlara çatdırılması və maarifləndirilmə işlərinin genişləndirilməsinə dair video konfrans keçirilib.

İstixeber.com xəbər verir ki, video konfrans zamanı Yevlax Şəhər İcra Hakimyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda​ dünyanı cənginə alan koronovirus pandemiyasına qarşı mübarizənin uğurla​ davam etdirilməsi, görülən tibbi-profilaktiki tədbirlərin nəticəsi kimi ölkədə bu xəstəliyə yoluxanların sayının az olmasından və Yevlax rayonunda da bu istiqamərdə görülən işlərdən danışmış, həmçinin Ölkə Rəhbəri​ tərəfindən mayın 1-də Baş prokuror Kamran Əliyevin videoformatda qəbulundan söz açaraq, görüşdə iştirak edən qurum rəhbərlərindən​ Cənab Prezidentin tələb və göstərişlərinə əməl etməyə, öz vəzifə səlahiyyətlərinə ciddi yanaşmağa, nöqsanlardan nəticə çıxarmağa çağırmışdır.
​Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərar və təlimatlarının vətəndaşlara vaxtında və düzgün çatdırılmasının vacibliyini vurğulayan İcra başçısı bununla bağlı aidiyyəti qurumlara ciddi tapşırıqlar vermişdir.
​Qeyd olunmuşdur ki,ictimai iaşə müəssisələri və digər yerlərdə vaxtaşırı dezinfeksiya aparılmalıdır.Rayon GEM rəhbərliyinə bu sahədə işlərin daha da genişləndirilməsi ilə bağlı göstəriş verildi.

​Eyni zamanda müşavirədə rayonda həssas qruplara aid ailələrə, ədalətli şəkildə müəyyən olunmuş ehtiyaclı şəxslərə dövlət yardımlarının və ərzaq paylarının vicdanla və xüsusi nəzarət qaydasında çatdırılmasına diqqətin artırılması tapşırılıb.
​Video konfransın sonunda iştirakçılar bu bəlanın fəsadlarının aradan qaldırılması ilə bağlı ölkə başçısının həyata keçirdiyi işləri yekdilliklə dəstəklədiklərini bildirdilər.

İstixeber.com Yevlax