Məktəblər bu tarixdə açılacaq – QƏRAR

Dünya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Türkiyədə koronavirus epidemiyası səbəbindən martın 16-dan bağlı olan məktəblər iyunun 1-də açılacaq.

İstixeber.com xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuq “CNN Türk”ə açıqlamasında deyib. O bildirib ki, ilk mərhələdə 8-ci və 12-ci sinif şagirdləri dərsə gedəcək. Həmin şagirdlər hər hansı imtahana girməyəcək, davamiyyət məcburiyyəti olmayacaq.

İyulun sonuna planlaşdırılan universitetlərə qəbul imtahanlarının vaxtının dəyişib-dəyişməyəcəyi ilə bağlı qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək./oxu24.com

İstixeber.com