05/07/2020

ən son xəbəri bizdən alın!

Yevlaxda kasıblara verilən ərzağı qohumlarına paylayan məmur tutuldu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən İstixeber.com-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Yevlax şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazi nümayəndəliyinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə rayon icra hakimiyyətdən rayon prokurorluğuna daxil olmuş müraciətlərə baxılıb. Araşdırmalarla Yevlax şəhər İcra hakimiyyəti başçısının Qaraməmədəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Əsədovun vəzifə səlahiyyətlərindən sui istifadə edərək Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımlarının paylanması zamanı neqativ hallara yol verib ərzaq paylarını özünün yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən olunub. Mikayıl Əsədovun qanun pozuntusuna yol verərək qulluq mövqeyindən sui-istifadə edib imkansız ailələrə göndərilmiş ərzaq yardım qutularını açaraq müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam paylamasına şübhələr üçün əsaslar müəyyən edilib.

Mikayıl Əsədov rayon İcra hakimiyyəti başçısının əmri ilə tutduğu vəzifədən azad edilib. Toplanmış materiallar üzrə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə təqsirli şəxs dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

İstixeber.com

escort mersin | mersin escortları