“Yoluxmanın artması karantin rejiminin yumşaldılması ilə əlaqədardır” – Zaur Əliyev

Azərbaycan Sağlamlıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“Son bir neçə gündə yoluxma hallarında artım müşahidə olunur. Bu da birbaşa karantin rejiminin yumşaldılması ilə əlaqədardır”.

İstixeber.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, vətəndaşların əksəriyyati maskalardan istifadə etmirlər:

“Son bir neçə gündə yoluxma hallarında artım müşahidə olunur. Bu da birbaşa karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Əvvəl bizim insanlarımız daha çox bu fərdi qoruyucu vasitələrə üstünlük verirdilərsə, son zamanlar şəhərdə gəzdikdə, ictimai nəqliyyatda görürük ki, vətəndaşlarımız maskalardan istifadə etmirlər, sosial məsafəni qorumurlar. Təəssüflər olsun ki, biz bunları izləyirik. Bütün bunlar da təəssüflər olsun ki, yoluxma sürətinin artmasına səbəb olur”.

İstixeber.com