Prezident onları vəzifələrindən azad etdi – SƏRƏNCAM

Siyasət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyev Ali Məhkəmənin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilib.

Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İstixeber.com