Yevlaxda qaraçılar arasında qanlı dava – ÖLƏN VAR

Bölgə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax rayonunda qətl törədilib.

İstixeber.com xəbər verir ki, rayonun Kamil Nəsibov küçəsində 1993-cü il təvəllüdlü Dəvrişov Rəşad Rəşid oğlu, tanışı, 1994-cü ildə anadan olmuş Seyidov Ceyhun Məzahir oğlunu bıçaqlayaraq öldürüb.

Bildirilir ki, qaraçı xalqından olan şəxslər arasında münaqişə baş verib və R.Dəvrişov onu söyən tanışını öldürmək məqsədilə bıçaqla hücum edib.

Artıq hadisəni törədən şəxs tutulub və onun barəsində cinayət işi açılıb.

Qeyd edək ki, hadisə zamanı qətlə yetirilən 26 yaşlı Ceyhun Seyidov evli olub. Hadisəni törədən şəxs isə daha əvvəl də məhbus həyatı yaşayıb.(Publika)

İstixeber.com