Rəşad Mahmudov: “İlk dəfə idi ki, Prezidentimə səslənirdim…”

Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

ARXİV: 2009-cu il
11 il əvvəl bu gün…
Saatlar eyni, dəqiqələr fərqli!..

Bu kadrları seyr etdikcə fərq etdim ki, hiss və həyəcanım dəyişməmiş bu gün də…
Nitqimin ilk anlarında səsimdə duyulan titrəklik sonadək dizlərimdə duyuldu. Niyə?

İlk dəfə idi ki, Mehriban xanımla görüşürdüm…ilk dəfə idi ki, Prezidentimə səslənirdim… Ulu öndərin adını daşıyan fondun ilk mükafatına layiq görüldüyüm anları yaşayırdım ilk dəfə!.. Və mən səhiyyəçilər adından ilk dəfə idi ki, çıxış edirdim…O anları unutmaq olarmı? Səsim də, dizim də, ruhum da titrəyirdi o anlarda…

…Bir gün əvvəl Qazaxda humanitar aksiya çərçivəsində uşaqlar üzərində əməliyyatlar apararkən zəng gəldi. “Bakıya gəl!” dedilər. Səbəbini bilmirdim… amma bu gün… Bu gün bilirəm və anlayıram bu məsuliyyəti!..
Və əslində, bu gün bütün səhiyyə işçiləri anlayır bu məsuliyyəti:

VƏTƏNƏ NAMUSLA XİDMƏT!
SƏNƏTƏ VƏ MİLLƏTƏ LƏYAQƏT!
XALQIN, VƏTƏNDAŞIMIZIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURMAQ!
GÖRDÜYÜMÜZ İŞƏ İNANMAQ VƏ İNANDIRMAQ!
ULU ÖNDƏRİMİZİN AZƏRBAYCANÇILIQ MİRASINA SƏDAQƏT!..
Və…
Unudulmaz “QIZIL ÇİNAR”lara layiq olmaq əzmimizi və əməyimizi ortaya qoymaq, müstəqil və əbədi AZƏRBAYCAN sevgisiylə çalışmaq!!!

ARXİV: 2009-cu il11 il əvvəl bu gün…Saatlar eyni, dəqiqələr fərqli!..Bu kadrları seyr etdikcə fərq etdim ki, hiss və…

Опубликовано Dr. Rashad Mahmudov Воскресенье, 10 мая 2020 г.

İstixeber.com