Şabranda polis sakinlərə maska payladı – FOTO

Bölgə Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.com-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq rayon ərazisində qabaqlayıcı tədbirlər görülür, sakinlərə tətbiq edilən xüsusi sanitar rejiminin qaydaları çatdırılır.
Həmçinin şöbə əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.
Sakinlərə tibbi maska paylayan Şabran RPŞ-nin əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə ediblər.

İstixeber.com