Xızıda polis sakinlərlə maarifləndirici söhbətlər aparıb – FOTO

Bölgə Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xızıda polis sakinlərlə maarifləndirici söhbətlər aparıb, tibbi maska paylayıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.com-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir.
Rayon ərazisində xidmət aparan şöbə əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparaq onlara ölkə ərazisində həyata keçirilən xüsusi sanitar rejiminin qaydaları barədə məlumatlar verirlər.
Həmçinin polis əməkdaşları maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların və idarələrin qarşısına toplaşan vətəndaşlara rejim qaydalarının tələbləri izah edərək, sosial məsafənin qorunması tələb edirlər.
Belə tədbirlər zamanı RPŞ-nin əməkdaşları vətəndaşların sağlamlığına biganə qalmayaraq onlara tibbi maskalar da paylayıblar.

İstixeber.com