Qazaxda narkotik satan və alan şəxslər saxlanıldı

Kriminal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Narkotik satan və alan şəxslər saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.com-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 42 yaşlı Rizvan Akhmedov, 45 yaşlı Arif Şəmilov və 39 yaşlı Elvin Xasməmmədov saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Rizvan Akhmedova məxsus sellofan torbadan, çəkisi 1 kiloqram 5 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-“heroin” aşkar olunub. Aparlıan araşdırmalarla müəyyən olunub ki, R. Akhmedov E. Xasməmmədova məxsus avtomobillə narkotik vasitəni A.Şəmilova satmaq üçün gətirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixeber.com