Polis Şamaxıda vətəndaşları sanitar rejimə əməl etməyə çağırıb – FOTO

Bölgə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Polis Şamaxıda vətəndaşlarla maarifləndirici söhəbtlər aparıb, tibbi maska paylayıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.com-a verilən məlumata görə, Şamaxıda da vətəndaşların sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları tövsiyə olunub. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.

İstixeber.com