Qubada karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir – FOTO +VİDEO

Bölgə Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Qubada karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. Şöbə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onların həyata keçirilən tədbirlər haqqında məlumat verirlər.
Polislər əməkdaşları rayon ərazisində fəaliyyət göstərən bütün obyektlərdə satıcıların və müştərilərin tibbi maska və fərdi qoruyucu vasitələrdən istifadə etmələrinə nəzarət edir, kafe və restoranlarda 10 m2 ərazidə 4 nəfərdən artıq müştərinin olmamasına xüsusi diqqət yetirirlər.
Bundan əlavə RPŞ-nin DYP bölməsinin inspektorları rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişin daşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.
Polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər elan edilmiş xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.

İstixeber.com