Sabirabadda 2 uşaq anası intihar edib

Bölgə Hadisə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Sabirabadda intihar hadisəsi qeydə alınıb.

İstixeber.com xəbər verir ki, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü Hüseynova Sevinc Aqil qızı atası evində özünü üzüm çardağından asaraq intihar edib.

Qeyd edək ki, S.Hüseynova 2 uşaq anası olub və epilepsiya xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır./apa

İstixeber.com