Əmrah Fəqanoğlu: “Dördyarpaq yonca”

Köşə yazısı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Maşında gedirəm. Radioda türk müğənnisi İrem Dericenin ifasında çox sevdiyim şərqilərdən biri səslənir:

Bu kadar zormu mutlu olması, sence?
Aşkımız dünyada dört yapraklı yonca.
Hayatın anlamı üç kelime, bence:
Seni çok seviyorum…

Xəyal məni çox -çox uzaqlara aparır. 5 – 6 yaşım olardı. Məhləmizin elə mən yaşda oğlanları ilə yaz günəşindən xumarlana -xumarlana kəndin aşağısında çilingağac oynayırdıq. Bu vaxt ahıl bir kişi bizə yaxınlaşıb, “sizə sözüm var, diqqətlə qulaq asın” söylədi. Oyunu yarımçıq qoyub onu dövrəyə aldıq. Ağsaqqal aramla sözə başladı: “Bu gündən dörd yarpaq yonca axtarmağa başlayın, kim o cür yoncadan 3-nü tapsa, 100 il yaşayacaq, 7-sini tapsa, heç vaxt ölməyəcək.”
Biz uşaqlar da həmin gündən sadəlövhcəsinə dörd yarpaq yonca axtarışına çıxdıq. Axtardıq-axtardıq, amma tapa bilmədik və 100 il, yaxud da əbədilik yaşamaq şansımızı itirdiyimiz üçün kədərlənib qəm dəryasına qərq olduq…
Bir az böyüyüb dünyanı dərk edəndən, tələbə qardaş itkisindən sonra isə o dörd yarpaq yoncanı tapmadığıma şükr etdim. Yalanlar üzərində qurulan bu yalançı dünyada adam ümumiyyətlə, yaşamasa daha yaxşı imiş…

Əmrah Fəqanoğlu 

İstixeber.com