“Könüllü olmaq sənə ehtiyac duyulan anda göstərdiyin fəaliyyətə əvəz ödənilməsini gözləməmək deməkdir”

Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Könüllük fəaliyyəti haqqında fikirləri bildirmədən öncə könüllük fəaliyyətinin nə demək olduğunu, onu necə başa düşdüyümü ifadə etmək istəyirəm.

Könüllü olmaq sənə ehtiyac duyulan anda göstərdiyin fəaliyyətə əvəz ödənilməsini gözləməmək, sərf etdiyin əməyə qarşılıq gözləmək deməkdir. Biz gənclər ümüd edirik ki, bu fəaliyyətlə məşğul olmaqla həm bizə ehtiyac duyulan sahələrin fəaliyyətinə yardım etmiş olur, həm öz inkişafımızı, ünsiyyət bacarıqlarımızı artırmış, asudə vaxtımızı səmərəli təşkil etmiş oluruq. Məndə öz könüllük fəaliyyətimə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında qatılmaqla rayonumuzun ictimai-siyasi həyətında aktiv iştirak edir, könüllük fəaliyyəti ilə məşğul olan dostlarımı artır, kollektivdə işləmək qaydalarını öyrənir, gələcək kariyeramı müəyyənləşdirməyin yollarını öyrənirəm. Mən könüllük fəaliyyətin mühüm bir fəaliyyət növü olduğunu dünyada yaranmış Koronovirus pandemiyasıının ölkəmizdən yan keçməməsi və bununla aparılan qabaqlayıcı tədbirlərdə iştirakla gördüm. Gənc könüllü dostlarımız ölkənin bütün könlülük təşkilatlarında birləşərək karantin müddətində ayrı-ayrı qurumların fəaliyyətlərində yaxında iştirak etdilər, öz köməklərini maksimum səviyyədə əsirgəmədilər. Bizdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı könüllüləri olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən başladılan sosial aksiyalarda iştirak etdik bu çətin məqamlarda rayon ərazisində ahıl, tənha, qayğıya ehtiyacı olanlara gigenik vasitələr və ərazq yardımları çatdırdıq. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin xətti ilə qayğıya ehtiyacı olan şəxslərin çağrışları üzrə onlara xidmətlər göstərdik, onlar üçün ayrı-ayrı qurumlar tərəfindən ayrılmış ərzaq yardımlarının çatdırlmasında iştirak etdik. Bunu yaşamaq, insanların sevincində iştirak etmək bizlərdə mənəvi rahatlıq və məmmnunluq hissi yaradırdı. Mən düşünürəm ki, Azərbaycan gənci hər zaman dövlətinin, rəhbərinin yanında olmağı bacaracaq, yararlı fəaliyyəti ilə vətəninə, xalqına hər zaman xeyir verəcək. Öz adımdan, könüllük fəaliyyətində iştirak edən dostlarım adından möhtərəm cənab Prezident və Birinci vitse-prezident Mehriban xanıma öz təşəkkürümü bildirirəm ki, könüllük fəaliyyətinin genişlənməsinə, təşəkkül tapmasına öz qayğıları ilə dəstək olur, gənclərin inkişafına geniş meydanlar vermiş olurlar.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının könüllüsü Aslanov Mahmud Şahsuvar oğlu

İstixeber.com Yevlax