Yevlaxda qaraçıların toy məclisində törədilən qətllə bağlı YENİ XƏBƏR

Bölgə Kriminal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Rəşad Dərvişovun barəsində həbs qətimkan tədbiri seçilib.

İstixeber.com xəbər verir ki, Yevlax rayon Məhkəməsinin qərarı ilə istintaq orqanını təqdimatı təmin olunub və Rəşad Dərvişovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Yevlax şəhəri, Kamil Nəsibov küçəsində1993-cü il təvəllüdlü Rəşad Dərvişov tanışı 1994-cü il təvəllüdlü Ceyhun Seyidovu söyüş üstündə bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Rəşad Dərvişov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Ceyhun Seyidov qaraçı milliyətindən olub. Onun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Məlum olub ki, hadisə şəhər ərazisində məşhur yer kimi tanınan qaraçıların yaşadığı ərazidə baş verib. Orada tərəflər arasında mübahisə yaranıb və sonda qətl hadisəsi törədilib.

Bildirilir ki, tərəflərin mübahisəsi məhəllədə toy məclisi üçün qurulan çadırda başlayıb.

Daha sonra onlar mübahisələrini çadırdan kənarda davam etdiriblər. Mübahisə sonda qanlı olayla nəticələnib.

Deyilənə görə, mübahisə pul borcu üstündə yaranıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir./teleqraf.com

İstixeber.com