Yevlaxda qaraçılarla polis arasında qarşıdurma – Xəsarət alan var

Bölgə Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax rayonunda polis əməkdaşları ilə qaraçılar arasında qarşıdurma yaranıb.

İstixeber.com-un məlumatına görə, hadisəyə səbəb COVİD-19 pandemiyasının qarşısını almaq məqsədi ilə Yevlax rayon Polis idarəsinin əməkdaşları Qaraçılar küçəsində giriş-çıxışa məhdudiyyət qoymaları olub. Məhdudiyyətlərə əməl etməyən qaraçılar polis əməkdaşlarına hücum çəkiblər. Nəticədə bir polis əməkdaşı ağır kəllə-beyin travması diaqnozu ilə Daxili Qoşunların Hospitalına aparılıb. Faktla bağlı saxlanılanlar var.

Qeyd edək ki, qaraçıların yaşadığı ərazidə 80 nəfərə koronavirus diaqnuzu təyin edilib.

İstixeber.com Yevlax