Sevgilisi ilə öpüşən qız xəstəxanaya yerləşdirildi

Maraqlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

ABŞ-da Samara Hnaien adlı qızın və sevgilisi Çarles Harrisin başına maraqlı hadisə gəlib.

İstixeber.com xəbər verir ki, 22 yaşlı Samara Hnaien və 23 yaşlı Çarles Harrisin sosial mediada tanış olduqdan sonra görüşməyə qərar veriblər. İlk öpüşdən sonra Samaranın halı pisləşərək xəstəxanaya aparılıb. Məlum olub ki, onun fıstığa allergiyası olub və Çarles görüşə gəlməzdən bir neçə saat əvvəl fıstıq yeyib. Samara həmin anları xatırlayaraq ”Çarleslə öpüşdükdən sonra özümü yaxşı hiss etmədim. Nəfəs ala bilməyəndə bütün həyatım film lenti kimi gözümün qarşısından keçdi. Başa düşdüm ki, Çarles görüşdən əvvəl fıstıq yeyib. Xəstəxanada çox utanmışdım. Çünki ilk görüşdə başıma belə bir şey gələcəyini gözləmirdim” bu sözləri deyib.

Cütlük gələn görüşədək münasibətlərini ”Tik-Tok”da davam etdirəcəklərini deyiblər./oxu24.com

İstixeber.com