Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycan dövləti öz gələcək inkişafını, xalqın rifah halının yüksəldilməsinə yönəldilən sosialyönümlü siyasət üzərində formalaşdırmışdır. Bu, son 2 ildə sosial sahənin dinamik inkişafı və bu sahədə məqsədyönlü islahatların həyata keçirilməsi ilə diqqət çəkmişdir. 

Son aylar bütün dünyanı təşvişə salan COVİD-19 infeksiyasına qarşı aparılan mübarizə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da bu sahədə qabaqlayıcı profilaktiki tədbirlərin həyata keçirilməsinə, əhalinin sağlamlığının qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş bir sıra islahatların aparılmasına zəmin yaratmışdır. Əhali üçün son dərəcə həssas olan bir dönəmdə, digər tərəfdən işin itirilməsi, müvəqqəti işsizlik hallarının yaranması və digər problemlər onların daha çox dövlətin dəstəyinə ehtiyac hissini ortaya qoymuşdur. Dövlət buna biganə qalmamış, əhalinin rifahı naminə və pandemiyanın iqtisadiyyata, sosial sahəyə, məşğulluğa təsirlərinin azaldılması məqsədilə cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Tədbirlər Planı hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Tədbirlə planında iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması kimi bir sıra mühüm məqamlar yer almışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 milyon manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Dövlət şəffaf fəaliyyət göstərən iş yerlərinin qorunub saxlanması üçün öz dəstəyini göstərmiş, muzdlu işçilərin iş yerləri qorunub saxlanılmış, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 milyard manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Lakin qeyri-formal fəaliyyət göstərən sahələr, başqa sözlə desək “kölgə iqtisadiyyatı”nı təmsil edənlər dövətin yaratdığı bu imkanlardan kənarda qalmışdırlar. Bütün bunlar bir daha təsdiq edir ki, həyatın bütün çətinliklərinə tab gətirmək üçün dövlət-vətəndaş münasibətləri möhkəm qurulmalıdır. Gözlənilmədən gələn hər hansı fəlakətə və təhlükəyə qarşı dövlət vətəndaşı, vətəndaş isə öz dövlətinin mövqelərini qoruyarsa, o toplum, o cəmiyyət yer üzündə öz varlığını hər zaman qoruyub saxlaya bilər və tarixdə iz qoyar.
Bu gün də görünür ki, Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planına uyun olaraq aparılan işlər öz səmərəsini vermişdir. Belə ki, istər dövlət, istərsə də özəl sektorda çalışan işçilərin əsassız yerə iş yerlərinin itirilməməsi, ixtisarlara yol verilməməsi, məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanılması, habelə mövcud iş yerlərinin qorunub saxlanılması istiqamətində qarşıya qoyulan məqsədlər öz müsbət nəticəsini verdi. Muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Pandemiya dövründə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinət ödənildi.
Pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Yevlax rayon Məşğulluq mərkəzi tərəfindən 3 növbəli iş rejimi ilə mərkəzin əməkdaşları əhaliyə yüksək səviyyədə xidmət götərmiş, işsiz şəxslərə 190 manat birdəfəlik ödəmələrin təyin edilməsi işinin tam şəffaf həyata keçirilməsinə öz töhfələrini vermişlər. Daha sonra Mərkəzi icra hakimiyyəti orqanının tapşırığına əsasən xüsusi izolyasiya qaydalarına riayət edilməklə vətəndaş qəbulunun bərpası təmin edildi. Bu zaman vətəndaşların müraciətləri dinlənildi, onları narahat edən məsələlərə aydınlıq gətirildi.
Birdəfəlik ödəmənin alınması üçün qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş meyarlara cavab verməyən işsiz şəxslərin iki ay müddətinə minimum əmək haqqı miqdarında əmək haqqı ödənilməklə haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işlərinə başlanıldı. Bununla da dövlətimiz ən çətin anında xalqın yanında olduğunu, onların rifah halını hər zaman düşündüyünü və lazımi dövlət dəstəyini əsirgəmədiyini bir daha göstərmiş oldu.

İstixeber.com