05/07/2020

ən son xəbəri bizdən alın!

Azərbaycanın Milli Qəhrəmanı – Şahlar Əvəz oğlu Şükürov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Şahlar Əvəz oğlu Şükürov 1952-ci ilin may ayının 17-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuşdur.

Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) daxil olmuşdur.
1972-ci ildə Ş.Şükürov Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləmişdir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirmişdir.
1986-cı ildə Ş.Şükürov Rostov Ali Polis Akademiyasını bitirmişdir. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. Polis mayoru rütbəsi almışdır.
Ş.Şükürov tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayiəti ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən, düşmənin qəfil hücumu ilə rastlaşdı. Ş.Şükürov bu qeyri-bərabər döyüşdə onlarla erməni faşistini məhv etdi və özü də qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Ş.Şükürov Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.
Zərdab rayonunda Ş.Şükürov adına küçə var. Rayondakı məktəblərin birinə Qəhrəmanın adı verilmişdir.

İstixeber.com

escort mersin | mersin escortları