Türkiyədə 1492 nəfər koronavirusdan sağaldı – 28-i öldü

Dünya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 158 min 762 nəfərə çatıb.

İstixeber.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 28 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 948 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4397 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1492 nəfər təşkil edir.

İstixeber.com