“Tibbi maskalardan istifadə vacibdir, və hər kəs buna əməl etməlidir”

Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Dünyanı cənginə alan koronovirus pandemiyasının Azərbaycandan yan keçməməsi dövlətin və onun bütün qurumlarını hərəkətə keçməyə, ölkə ərazisi üzrə ciddi qabaqlayıcı tədbirlər icra etməyə əsas yaratdı.

İlk vaxtlarda vətəndaşlar arasında sürətlə artan yoluxma sayı qısa müddətdə nəzarət altına alınaraq vəziyyətin ağırlaşmsına imkan verilmədi. İcra edilmiş qabaqlayıcı tədbirlər nəticəsində müşahidə edilən müsbət dinamika karantin rejimində yumşaldılma tədbirlərini icra etməyə yavaş- yavaş normal həyat tərzinə dönmə qaydalarının tədbiqinə əsas verdi. Lakin vətəndaşlar tərəfindən yumşaldılma qaydalarının düzgün qiymətləndirilməməsi sosial məsafələrə əməl edilməməsi, tibbi maskalardan istifadə edilməməsi, yenidən vəziyyət kəskinləşməsinə və yoluxma sayının artmasına səbəb oldu. İlkin olaraq tibbi maskalardan istifadə etməməyə görə cərimələrin tətbiqi gündəmə gələrək bu qərarın qəbulunu qaçılmaz etdi. Cərimələrin tətbiqinə bəziləri haqqlı qərar kimi baxsalarda, bəziləri tərəfindən məsuliyyətsiz bəyanatlarla qiymət verildi. Hər kəs bilməlidir ki, dövlətin məqsədi vətəndaşı cərimə etmək yox bütün vasitələrlə onu qorumaqdır. Tibbi maskalardan istifadə vacibdir, və hər kəs buna əməl etməlidir. Necə ki bunun vacibliyini cənab Prezident 3 iyun tarixndə Tərtər rayonuna səfəri zamanı tibbi maskdan istifadə etməklə nümayiş etdirdi.
Hörmətli həmvətənlər bir həqiqəti anlamaq, qəbul etmək lazımdır ki, biz nəqədər yaranmış vəziyyəti düzgün qiymətləndirməsək, təhlükənin mahiyyətini tam mənası ilə dərk etməsək, bir o qədərdə normal həyat tərzinə geri dönməmiz çətin olacaq. Biz nə qədər məsulliyətsiz yanaşma sərgiləsək virusa yoluxma tempini artıraraq karantin qaydasının sərtləşməsinə səbəb olacağıq. Bununlada biz nəinki özümüzü həttda yaxınlarımızı və əzizlərimizi təhlükə qarşısında qoyacaq, onların bu qorxunc virusa yoluxmasını görmüş olcağıq. Ona görə də gəlin məsuliyyətli olaq özümüzü və ətrafımızı qoruyaq, karantin qaydalarına hamılıqla riayət edək.

YAP Yevlax rayon təşkilatının könüllüsü Gülnarə Nəbiyeva

İstixeber.com Yevlax