Rəşad Mahmudov: “Bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın”

Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu günki vəziyyət və ümumiyyətlə Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra son 10 gün içərisində koronavirusa yoluxmaların tendensiyasına baxdığımız zaman daha sərt tədbirlərin görülməsinə zərurət yarandığını görürük.

İstixeber.com bildirir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, xəstəxanalarda yatan koronaviruslu xəstə sayının artımı, ağırlaşmaların dərəcələri, analiz sayı ilə yoluxan insanların sayı arasında olan nisbətin artımı və digər faktorlar həftə sonları sərt karantin rejiminin tətbiq olunmasını zərurətə çevirir:

“Birmənalı olaraq hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və eləcədə ölkədə ola biləcək növbəti dalğanın nəzarətdən çıxmaması üçün, eyni zamanda, səhiyyə sistemi nə qədər hazırlıqlı olmuş olsa da belə ola biləcək çox yüksək dalğalarda səhiyyə sisteminin çöküşünün olmaması üçün, eləcə də səhiyyə sistemində digər xəstəliklərdən əziyyət çəkən insanların təcili vəziyyətlərində müalicəsinin təşkili üçün məcburiyət qarşısında hökumət tərəfindən sərtləşmənin aparılması təqdirəlayiq və düzgün addımdır.

 

Əlbəttə ki, bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyaya dönməsi və yenidən yumşalmanın davam etdirilməsi hər birimizin arzusudur. Amma bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın”.

İstixeber.com