Təmir edilən yolun ömrü bir il çəkmədi. FOTO – VİDEO

Bölgə Şikayət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Qusar-Xudat yolunun bir hissəsi yararsız vəziyyətə düşüb.

İstixeber.com-a daxil olan müraciətləri nəzərə alıb, adı çəkilən yolda çəkiliş etdik. Aldığımız məlumata görə, yol keçən il təmir edilib və yolun Xudat şəhərinə olan istiqaməti yenidən çəkilib. Müşahidələrimiz zamanı yolun bir hissəsinin həqiqətəndə bərbad vəziyyətdə olduğunu gördük. Təxminən 4-5 km-ə bərabər olardı. Çəkiliş etdiyimiz zaman yolda ağır yük maşınlarının hərəkəti üstünlük təşkil edirdi. Bu da yolun qalan hissəsinin də yaxın vaxtlarda məhv olacağı anlamına gəlir. Düzdür qəzalı yerlərin üzəri az da olsa bərkidilib. Amma fayda yox, yol dağılır. Bir neçə sürücü müsahibələrində bildirdilər ki, bu yolda qəzalar qaçılmazdı. Təcili yol təmir edilsə yaxşı olar.
Məsələni araşdırmaq üçün Qusar rayon İH-nin müavini Şahid Fərəməzovla əlaqə saxladıq. Şahid müəllim cavabında bildirdi ki, yolun vəziyyətindən xəbərimiz var. Yol magistiral olduğu üçün təmirini Azəryol ASC-ti həyata keçirməlidir. Biz də öz növbəmizdə aidiyyatı qrumlara məlumat ötürmüşük. Bizə verilən son məlumata görə, yeni çəkilən Bakı-Rusiya FR-yolu tam çəkilib istifadəyə veriləndən sonra bu yolunda tam təmiri həyata keçiriləcək .
Yolun son vəziyyətini, təmir tarixini bir az da dəqiqləşdirmək üçün Azəryol ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar müəllim yolda yaranan qəzalı yerlərin təmir olunması üçün tapşırıqların verildiyini və yaxın vaxtlarda həll ediləcəyini bildirdi.
İstixəbər.com saytı olaraq bizə müraciət edən sürücülərə, sakinlərə və s. bu yoldan istifadə etdikləri zaman hələlik eytiyyatlı olmağı, qəzalı yerlərdə sürət həddinə nəzarət etməyi məsləhət görürük.

Narahat olmayın yol qısa zamanda təmir ediləcək.

Qusar 10.06.2020
Rəşad Ağaşirinov