13/07/2020

İnformasiya Portalı

“Həyatda bir Leylim var, ona sadiqəm” – Mənsum İbrahimov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“Sənət adamlarına məsləhət görürəm ki, sənətləri ilə gündəmdə qalsınlar. Evləri, maşınları, bir-biri ilə davaları ilə yox”.

İstixeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “Söhbətsiz” proqramında deyib. Xanəndə sənət aləmində yaşanan qalmaqallardan söz açıb:

“Əgər meydandasansa, rəqibin olacaq. Tələbələrimə də deyirəm, sizi haqlı və haqsız tənqid edənlərə cavab verməyin. Yaradıcı adam heç danışar? Onun vaxtı var? Bütün günü mahnılar, məşqlər edər. Uğur qazana bilməyənlər səbəbini başqasında axtarır. Paxıllıq xəstəlikdir. Allah onlara şəfa versin”.

İbrahimov ailəsindən, övladlarından söz açıb:

“Dörd övladım var, hamısının gözəl səsi var. Amma onları həvəsləndirməmişəm. Uşaq valideynə görə sənətə gəlirsə, yarımçıq qalacaq. Üç övladım çalışır: biri diplomat, biri məmur, biri həkimdir. Üç qızım, bir oğlum var. Oğlumun 16 yaşı var, universitetə hazırlaşır. Ailədə 9 uşaq olmuşuq, hamımızın səsi olub. Sənəti ancaq mən seçdim.

Qəlbində məhəbbət olmayan insan robotdur. Allah onu hər kəsə vermir. İndi məhəbbət sözünü şouya çeviriblər. Bu hiss deyilmir, yaşanır. Məhəbbət qəlbimdə olmasa, Məcnunu necə oynayardım? Səhnədə on Leylim olub. Biri də türk aktrisa olub. Səhnədə 10, həyatda bir Leylim var. Uşaqlarımın anasıdır, ona sadiqəm”.

İstixeber.com

escort mersin | mersin escortları