Tanınmış kardiocərrah Rəşad Mahmudov Bəhram Bağırzadənin səhhətində irəliləyiş olduğunu bildirib

Gündəm
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bir tərəfdə Bəhram Bağırzadənin xəstəliyinə inanmayan insanlar, digər tərəfdə isə yaşaması üçün dəridən-qabıqdan çıxan tibbi heyət. Bir tərəfdə bu şoudur deyən kəslər, digər tərəfdə 19/06/2020 tarixli xarici ekspert rəylərində “bir faiz belə yaşama şansı yoxdu” açıqlamasını eşidib üzülənlər və kədərlənənlər…

İstixeber.com xəbər verir ki, bu sözləri millət vəkili, tanınmış kardiocərrah Rəşad Mahmudov bildirib.

“Günlərdi koma vəziyyətində reanimasiyada yatan Bəhram Bağırzadənin səhhətində müsbətə doğru dəyişiklik var. Ağciyər fəaliyyəti yavaş-yavaş bərpa olunur. Ümidlərimizin tükəndiyi anda, “ağciyər transplantasiyası yoxsa mezenkimal kök hüceyrəmi?” kimi fərqli spekulyativ müzakirələrin aparıldığı şəraitdə Bəhram qardaşımız yaşamaq uğrunda mübarizə apardı və bu hələ də davam edir…

Tezliklə şəfa tapmağını, gözlərini yenidən açmağını və ayağa qalxaraq yayılan bütün şayiələrə özünün açıqlama verməsini diləyirəm…

Tanrı Sizləri, Dövlətimizi və Dünyamızı QORUSUN!”

İstixeber.com