13/07/2020

İnformasiya Portalı

Yevlaxda koronavirusla əlaqədar mobil qrup yaradılıb – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlaxda mobil qrup yaradılıb

İstixeber.com xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Yevlax rayonunda sərt karantin qaydalarının tədbiq edilməsi ilə əlaqədar Yevlax şəhər İcra Hakimiyyəti yanında yaradılan 8 mobil qrup yaradılmışdır.

Qrup üzvləri və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən aksiya çərçivəsində rayon sakinlərinə, yaşlılara, uşaqlı qadınlara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunmuş, onlarla maarifləndirici söhbətlər aparılmışdır.⠀
Aksiyanı razılıq hissi ilə qarşılayan rayon sakinləri ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirmişlər. Yevlaxda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı maarifləndirmə işləri davam etdirilir
Yevlaxda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri həyata keçirilir. Yevlax Şəhər İcra Hakimiyyətində yaradılan 8 mobil qrupun üzvləri və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.⠀
Vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndiriblər.

İstixeber.com Yevlax

escort mersin | mersin escortları