13/07/2020

İnformasiya Portalı

Ermənistan ordusunda korrupsiya, rüşvətxorluq kütləvi xarakter alıb

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Son dövrlərdə erməni ordusunda qeydə alınan insidentlərin sayının daha da artması müşahidə olunur. Belə ki, müxtəlfi yolxucu xəstəliklərin yayılmasından tutmuş “dedovşina” və digər qanun pozuntularının artması, qeyri-döyüş şəratində itkilərin çoxalması özünü getdikcə qabarıq büruzə verməkdədir. 

Ermənistan ordusunda neqativ halların yaşanması ordunun təchizat sisteminin qaydada olmaması ilə əlaqədardır . Ermənistan ordusunda çağırışçıların böyük əksəriyyəti aztəminatlı ailələrin nümayəndəsidir. Odur ki, hazırda Erməistan ordusunda problemlər həddindən artıq çoxdur. Bu çoxluğun da səbəblərinin başında erməni əsgərinin normal qidalanmaması gəlir. Bundan başqa, Xalqımızın şanlı tarixlərindən olan aprel döyüşlərindən sonra ermənilərin postlarının, hərbi hissələrinin hansı vəziyyətdə olduğunu görə bildik. Ağır şəraitdə xidmət etdikləri bəlli oldu. Aprel döyüşlərindəki itkilər Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb.  Bu gün ermənilərin özləri də etiraf edirlər ki, işğalçı ordu Azərbaycan ordusunun və silahının qarşısında tab gətirə bilməz, bu məsələdə Ermənistan çox zəifdir.ermənilər yaxşı bilirlər ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücü nə yerdədir, orduları bizimkindən qat qat zəifdir. Hazırda işğalçı Ermənistanın ordusunu artıq Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisə etmək ən azından sadəlövhlükdür.
Qidalanmadakı problem, tibbi xidmətin zəif olması Ermənistan ordusunda neqativ vəziyyətlərin sayını artırıb. Digər tərəfdən də daim Azərbaycan Ordusunun təziyiqi altındadırlar.
Bunun nəticəsində ermənilər çoxsaylı itkilər verir. İtkilərdən ən çox əziyyət çəkən yeni çağırışçılardır. Bu da Ermənistan ictimaiyyətində böyük narazılıqlar yaradıb. Erməni mətbuatı, erməni müxalifəti bunu qabartmadığından iqtidar üçün ordudakı problemləri gizlətmək asanlaşıb.  Ermənistan ordusunda canlı qüvvə çatışmazlığı problemi yaşanır. Bütün bunlar orduda çətinliklər yaradıb. Bu hallar Ermənistan ordusunda deqredasiyanın artmasını şərtləndirən səbəblərdir. Havadarlarının dəstəyi olmasa, erməni ordusunun, bütövlükdə Ermənistanın varlığı şübhə altına düşər.

Seymur Novruzov

Yevlax Heydər Əliyev sarayının direktoru

İstixeber.com

escort mersin | mersin escortları