13/07/2020

İnformasiya Portalı

İcra başçısı karantin qaydalarını belə pozdu – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
İstixeber.com xəbər verir ki, xüsusi rejimli karantin vəziyyətində bir sıra qaydalar tətbiq olunub ki, bu qaydalardan biri də insanların ictimai yerlərdə, görüşlərdə ara məsafəsinin qorunması, tibbi maskalardan istifadə olunmasıdır.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İcra Hakimiyyətinin 20-yə yaxın əməkdaşları ilə görüş keçirib.
Həmin görüşdəki fotolardan aydın olunur ki, İcra başçısı 2 metrlik ara məsafəsini qoruyur, maskadan istifadə edir, ancaq “10 nəfərdən artıq toplaşmaq qadağandır” qanununu kobud şəkildə pozur.
Qeyd edək ki, Azərbaycanda ictimai yerlərdə, o cümlədən, küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan olunub.
İstixeber.com
escort mersin | mersin escortları