05/08/2020

İnformasiya Portalı

“SMS İcazəmi yoxlayan polis sonra məni tapıb mesaj yazdı” – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Ötən gün Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisi polis əməkdaşının onun şəxsi məlumatlarını əldə etməsi iddiası ilə bağlı paylaşım edib. 

İstixeber.com xəbər verir ki, S. Mahmudova feysbukda açıq post paylaşaraq Daxili İşlər Nazirliyindən məsələnin araşdırılmasını tələb edib. Şikayətçi vətəndaş hətta həmin polisin olduğu iddia edilən fotonu da hesabında paylaşıb.

Onun sözlərinə görə, Koroğlu metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb: “Daha sonra həmin şəxs mənə messenger vasitəsilə mesaj yazıb. 2-3 metr aralıda yenə bir polis məni yoxladı. Halbuki həmin şəxs gördü ki, artıq mən yoxlamadan keçmişəm. Bu, ancaq cavan qadınların başına gəlir. Belə çıxır ki, həmin şəxslər vəzifələrindən sui-istifadə edirlər. Mən vətəndaş olaraq nazirlik işçiləri tərəfindən sosial şəbəkədə bu cür narahat edilmək istəmirəm”.

Məsələylə bağlı Bakı şəhər Baş Polis İdarəsiylə əlaqə saxladıq. Qurumdan saytımıza bildirilib ki, məsələ araşdırılır, nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək./qafqazinfo

İstixeber.com

escort mersin | mersin escortları