Salyanda motosiklet aşıb, sürücü xəsarət alıb

Hadisə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

İstixəbər.info Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xələc kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Sərvər Ağabəy oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.